Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qalmaqal: Moskva danışıqlar masasını yarımçıq tərk etdi

38 Baxış

Rusiya və Gürcüstan arasında keçirilən Cenevrə Beynəlxalq Danışıqlarının 58-ci raundu nəticəsiz başa çatıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya deyib.

O bildirib ki, destruktiv mövqe nümayiş etdirən Rusiya nümayəndə heyəti vaxtından əvvəl danışıqlar masasını tərk edib:

“Qaçqınların qaytarılması Cenevrə müzakirələrinin əsas məsələlərindən biridir. Lakin təəssüf ki, Rusiya heyəti bu məsələ gündəmə gələn kimi müzakirə masasını tərk etdi. Mövzunun aktuallığına baxmayaraq, Kremldən bu problemlə bağlı müzakirələrin başlaması üçün heç bir siqnal yoxdur. Moskva burda da destruktiv mövqe nümayiş etdirdi”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678