Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyanın ən böyük aysberqi Antarktidaya doğru hərəkət edir

35 Baxış

Yer kürəsinin ən böyük aysberqi A23a Antarktida sahillərinə doğru aktiv hərəkətə başlayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AAETİ) mətbuat xidməti məlumat yayıb.

“Antarktida qışının əvvəlində Antarktida buzlağından ayrıldıqdan 30 ildən çox sonra ayda 150 km-dən çox sürətlə aktiv sürüşməyə başlayıb. Hazırda aysberq Ueddel dənizində Antarktida sahilləri boyunca hərəkət edir”, – mətbuat xidmətinin məlumatında deyilib.

Mətbuat xidməti qeyd edib ki, aysberqin sahəsi təxminən 4 170 kv. km-dir.

“A23a aysberqinin gələcəyi bir çox amillərdən asılıdır: axınların təsiri, sualtı relyef çıxıntıları, meteoroloji amillər. Ancaq sonda aysberqin ömrünə sayılı günlər qalıb, o, çox güman ki, bu il əriyəcək”, – institutdan bildiriblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678