Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin yeni ideyanı dəstəklədi: Vaxtından əvvəl etdiniz

37 Baxış

Rusiya Prezidenti Vladimir Putin 2023-cü il avqustun 1-dən ölkədə elektron vizaların tətbiqi ideyasını dəstəkləyib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “İzvestiya” nəşrinin məlumatına görə, o, Rusiya Federasiyası hökumətinin üzvləri ilə görüşdə müvafiq bəyanatla çıxış edib.

Putin baş nazirin müavini Tatyana Qolikovaya müraciət edib.

“Bunu vaxtından əvvəl etdiyiniz üçün təşəkkür edirik. Şübhəsiz ki, bu, insanlara kömək edəcək”.

Qolikova öz növbəsində, vətəndaşları Rusiya Federasiyasına elektron viza ala biləcək dövlətlərin siyahısını genişləndirməyi təklif edib.

Beləliklə, siyahıya Vyetnam, Myanma və Kamboca daxil ola bilər.

Bundan əlavə, baş nazirin müavini dost olmayan ölkələrin vətəndaşlarını Rusiyaya səfər etmək imkanından məhrum etməyi yersiz adlandırıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678