Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin binasından yıxılaraq ölüb

37 Baxış

Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin iqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə baş idarəsinin yerləşdiyi binanın beşinci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölən şəxs narkotik vasitə qaçaqmalçılığına görə saxlanılıb. İstintaq başa çatdıqdan sonra o, pəncərədən yıxılıb.

İdarədən bildiriblər ki, hadisənin başvermə şəraitinin öyrənilməsi üçün bütün lazımi tədbirlər görülür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678