Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sərxoş halda avtomobil idarə edən nazir istefa verdi

44 Baxış

Yeni Zelandiyanın ədliyyə naziri Kiri Allan sərxoş halda avtomobil idarə edərkən qəza törətdiyi üçün istefa verib.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, baş nazir Kris Hipkins bunu bəyan edib.

Allanın paytaxt Vellinqtonda qəza keçirdiyini bildirən Hipkins, onun təxminən 4 saat polis bölməsində saxlandığını deyib.

Allan baş verənlərdən peşman olduğunu söyləyib.

“Dünən etdiyim davranış yaxşı olmadığımı göstərdi, özümü və həmkarlarımı məyus etdim”.

Allanın günahı sübuta yetirilərsə, cərimə və lisenziyasının dayandırılacağı bildirilirdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678