Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləni ratifikasiya etdilər

35 Baxış

Şri-Lanka Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləni ratifikasiya edərək bu sənədin tamhüquqlu iştirakçısına çevrilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.

“Şri-Lanka Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin ratifikasiya sənədini 25 iyul 2023-cü il tarixində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında BMT-nin Hüquq Məsələləri İdarəsinə təqdim edərək Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləni ratifikasiya edən 178-ci dövlət oldu. Ratifikasiya sənədinin saxlanca verilməsi Şri-Lankanın statusunu müqaviləni imzalayan dövlətdən tamhüquqlu üzv statusuna yüksəldir”, – nazirlikdən vurğulayıblar.

Şri-Lanka hökuməti Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin ratifikasiyası təklifini iyunun əvvəlində təsdiqləyib. Xarici işlər naziri Əli Səbri o zaman bildirmişdi ki, bu müqavilənin təşkili dünyanı nüvə təhlükələrindən qorumaqda həlledici rol oynayır. Səbrinin sözlərinə görə, Şri-Lanka nüvə silahının yayılmaması və tərksilahın güclü tərəfdarıdır və münaqişə və zorakılıqdan uzaq qlobal nizamın tərəfdarıdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678