Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı, İrəvan və Moskvanı bir-birinə qarşı qoymaq istəyirlər

41 Baxış

Ermənistana, Rusiyaya və Azərbaycana düşmən olan qüvvələr bu ölkələri bir-birinə qarşı qoymaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlar.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

“Onlar bu və ya digər şəkildə təxribat törədərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu da nə Ermənistana, nə Rusiyaya, nə də Azərbaycana sərf edir. Ancaq bu cür hərəkət edənlər regiondakı xalqların və ölkələrin maraqlarını yox, tamam başqa maraqları rəhbər tuturlar”.

Kedmi bildirib ki, 2020-ci ildəki müharibədən sonra vəziyyətin sabitləşdirilməsi üçün böyük addımlar atılıb:

“Hazırki mövcud problemlər texniki xarakter daşıyır. Onları həll etmək olar”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678