Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin arxadan vuruldu – Müttəfiqinin silahları ilə yüzlərlə rus əsgəri məhv edildi

36 Baxış

Ukraynada yüzlərlə rus əsgərləri Şimali Koreyaya məxsus raketlərlə öldürülüb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, “Financial Times” qəzeti belə bir iddia ilə çıxış edib.

Qəzet yazır ki, rus əsgərlərinə qarşı istifadə edilən bu silahlar sovet dövründən qalan çoxsaylı reaktiv yaylım atəşi sistemləridir. Bu silahlar Ukraynanın şərqindəki Baxmut şəhəri yaxınlığında istifadə olunub.

Həmçinin bildirilib ki, Ukrayna Müdafiə Nazirliyi bu silahları Rusiya ordusundan ələ keçirib.

“Digər tərəfdən, ABŞ Şimali Koreyanı Rusiyaya dəniz yolu ilə hərbi texnika verməkdə günahlandırır. Ancaq Ukrayna ordusunun Şimali Koreyaya məxsus raketlərdən istifadə etdiyinə dair heç bir “qənaətbəxş” dəlil yoxdur”,- nəşr qeyd edir.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 26-da “Qələbə günü” münasibətilə Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib. Şimali Koreya lideri Şoyquya ballistik raket sistemlərini və yeni pilotsuz uçuş aparatlarını (PUA) təqdim edib. Sergey Şoyqunun bu səfərinin əslində Simali Koreyadan yeni silahlar almaq məqsədi daşıdığı iddia olunur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678