Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ya rus dövləti olmalı, ya da hakimiyyət dəyişməlidir”- ABŞ indi də Gürcüstanı parçalamaq istəyir?

39 Baxış

“Gürcüstan xalqının hakimiyyət dəyişikliyinə ehtiyacı var”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresində Gürcüstanın Dostları Qrupunun həmsədri, respublikaçı Adam Kinzinger deyib.

Konqresmen rusiyalı turistlərin olduğu kruiz gəmisinin Batumi limanına daxil olarkən gürcülər tərəfindən etirazlarla qarşılanmasını belə şərh edib:

“Bir vaxtlar Gürcüstan hökuməti ilə yaxın münasibətdə olan biri kimi, bu gün onların avtoritarizm ardınca getməsi və öz xalqına xəyanət etməsi məni kədərləndirir. Gürcüstan xalqı ya bir rus dövləti olmaqla barışmalıdır, ya da onlara yeni hökumət lazımdır”.

Qeyd edək ki, göyərtəsində rusların olduğu “Astoria Grande” kruiz gəmisi iyulun 31-də axşam saatlarında etirazlar səbəbindən Batumi limanını tərk edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678