Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Taliban Əfqanıstanda “əxlaqsız” musiqi alətlərini yandırıb

41 Baxış

Taliban Əfqanıstanda gitara, harmoniya, tabla (kiçik nağara), musiqi dinamikləri və səs gücləndiriciləri yandırıb. Onların əksəriyyəti toylardan götürülüb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Taliban hakimiyyəti bildirib ki, musiqi “insanları mənəvi cəhətdən korlayır”.

Əfqanıstan Milli Musiqi İnstitutunun yaradıcısı Əhməd Sarmast Talibanın hərəkətlərini mədəni soyqırımı və musiqi vandalizmi adlandırıb.

Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıdandan sonra ictimai yerlərdə musiqi də daxil olmaqla, çoxsaylı məhdudiyyətlər tətbiq edib. Buna görə bir çox musiqiçi ölkəni tərk edib. Qalmağı seçənlər isə döyülmə və ayrı-seçkiliyə dözməli olurlar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678