Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hərbçi pul qarşılığında məxfi məlumatları bu ölkəyə satıb

26 Baxış

ABŞ Hərbi Dəniz Qüvvələrinin əsgəri Çinə məlumat ötürməkdə şübhəli bilinərək həbs edilib.

Turanmedia.az-ın məlumatına görə, TNS “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya ştatının Ədliyyə Nazirliyi məlumat yayıb.

Prokurorların sözlərinə görə, 26 yaşlı kiçik zabit Venhen Jao Çin kəşfiyyat rəsmilərindən rüşvət alıb və bunun müqabilində digər informasiyalarla yanaşı, ABŞ-ın Hind-Sakit Okean regionunda hərbi təlimləri üçün əməliyyat planları, eləcə də iki dəniz bazasının fəaliyyəti ilə bağlı məlumatları təqdim edib.

“Associated Press”qeyd edib ki, dövlət ittihamçısına görə, Venhen Jao Çin kəşfiyyatından 14,800 dollar alıb. Günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678