Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Alimlər nadir “yadplanetli” virus tapıblar

35 Baxış

Almaniyadakı Maks Plank İnstitutunun alimləri Yeni İngiltərə (ABŞ-ın şimal-şərqindəki tarixi bölgə) torpağında ulduz formalı tısbağaya bənzər qabıqları olan virus hissəcikləri aşkar ediblər.

Turanmedia.az-ın məlumatına görə, TNS “Daily Mail”ə istinadən xəbər verir ki, virusoloq Matias Fişerin rəhbərlik etdiyi tədqiqatın nəticələri “bioRxiv” jurnalında dərc olunub.

Alimlər əmin edirlər ki, bu “yadplanetli” virusun insanlar üçün təhlükə yaratma ehtimalı azdır. Bununla belə, planetimizin ekosisteminin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Nümunələr Massaçusetsdəki Harvard meşəsinin torpaqdan götürülüb. Tədqiqatçılar daha əvvəl belə bir şey görmədiklərini söyləyiblər.

Fişerin komandası xüsusilə, mikrobların formasına və ya morfologiyasına diqqət yetirib. Alimlər ətraflı təsvirlər əldə etmək üçün elektron mikroskop şüasından istifadə edərək torpaq nümunələrini tədqiq ediblər.

Tapılan virus qruplarından biri əsrlər əvvəl ətir saxlamaq üçün yaradılmış gözəl bəzəkli kristal şüşələrə bənzəyirdi. Elə buna görə də tədqiqatçılar viruslar qrupuna “Flakon” adını veriblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678