Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Danimarkanın baş naziri ilk dəfə Quranın yandırılmasına münasibət bildirdi

36 Baxış

“Başqalarının müqəddəs kitablarını yandıra bilməməyin ifadə azadlığına məhdudiyyət olduğunu düşünmürəm”.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az “AA”ya istinadla xəbər verir ki, bu sözləri Danimarkanın baş naziri Mette Frederiksen söyləyib.

Danimarka hökumətinin ölkədəki mədəni və dini hücumlara qarşı tədbir görməyin yollarını araşdıracağı ilə bağlı açıqlamalarına münasibət bildirən Frederiksen, mümkün qadağanın “problem yarada biləcək bir vəziyyət yaratmayacağını” söyləyib.

“Ciddi təhlükəsizlik riski var. Bu da bizi beynəlxalq səviyyədə təcrid olunmaq riski ilə üz-üzə qoyur. Bu, tərəfdaşlıq və ittifaqlar qurmaq üçün çox səy göstərdiyimiz bir vaxtda xüsusilə problemlidir”,-deyə o əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678