Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəblilər valideynlərinin razılığı olmadan məcburi əməyə cəlb olunacaqlar

34 Baxış

Rusiya Prezidenti Vladimir Putin məktəblilərin ictimai faydalı əməyə məcburi cəlb edilməsi haqqında qanun imzalayıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, sənəd hüquqi informasiyalar portalında dərc olunub.

Qanuna əsasən, məktəblilər yaşı və psixofiziki xüsusiyyətləri nəzərə alınaraq ictimai faydalı əməklə məşğul olacaqlar. Bu, xüsusən də siniflərdə təmizliyin qorunması (bu o demək deyil ki, təmizlikçilər işdən çıxarılacaq, sadəcə uşaqlar öz işlərini görəcəklər) və məktəbin həyətinə gül əkməkdən ibarətdir.

Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Həmçinin məktəblilərin valideynlərinin razılığı olmadan işə cəlb edilməsini qadağan edən maddə qüvvədə olan qanunvericilikdən çıxarılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678