Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynanın xarici işlər nazirindən “F-16” açıqlaması

40 Baxış

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba axşam saatlarında Rusiyadan atılan raket hücumuna reaksiya verib. O, tərəfdaşları Ukraynanı “F-16” qırıcıları ilə silahlandırmağa çağırıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində yazıb.

“Bu şənbə günü Rusiya Ukraynaya növbəti raket zərbəsi endirib. Rusiya dayandırılmayana qədər durmayacaq”, – nazir bildirib.

Kuleba dünyanın ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməli olduğunu vurğulayıb:

“Qlobal birlik ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməlidir: Ukraynanı, o cümlədən səmanı bağlamaq üçün Kiyevi “F-16”larla silahlandırmalı və Ukrayna sülh formulu həyata keçirməlidir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678