Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliyada meşə yanğınları: 600 nəfər təxliyə olundu

38 Baxış

İtaliyanın Sardiniya adasının şimal-şərq və cənub sahillərində meşə yanğınları baş verib, bölgədən ümumilikdə 600 nəfər təxliyə edilib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, adada irili-xırdalı 42 yanğının baş verdiyi və onlardan 12-sinin əhatə dairəsinin genişləndiyi, yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələrinin səfərbər olunduğu bildirilib. Əraziyə, həmçinin yanğınsöndürən təyyarə və helikopterlər cəlb edilib.

Adanın cənubunda yanğınların əhatə dairəsinin və fəsadlarının böyük olduğu bildirilib. Bəzi avtomobil yolları müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Hazırda adada hökm sürən küləkli hava şəraiti yanğınların söndürülməsinə mane olur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678