Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ölkə Fransa vətəndaşlarına viza verilməsini dayandırıb

27 Baxış

Nigerdən sonra xunta rejiminin idarə etdiyi digər Afrika ölkəsi Mali də Fransa ilə vizaları dayandırdığını açıqlayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib.

Nigerdəki hərbi çevrilişdən sonra Fransa hökuməti Malini səyahət edilməməsi tövsiyə olunan ölkələrin daxil olduğu “qırmızı zona”ya daxil edib və bu həftənin əvvəlində Fransanın Bamakodakı səfirliyi yeni viza müraciətlərini dayandırıb.

Fransanın bu davranışına Malidən cavab gecikməyib. Mali Xarici İşlər Nazirliyi Fransanın bu qərarına “qisas” olaraq Paris səfirliyində Fransa vətəndaşları üçün yeni vizaların dayandırıldığını açıqlayıb. Nazirliyin açıqlamasında Fransanın bu qərarının böyük sürprizlə qarşılandığı bildirilib.

Qeyd edək ki, Fransa ilə Mali arasında münasibətlər 2020-ci ildə Malidə dövlət çevrilişi nəticəsində hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra pisləşib.

Digər tərəfdən, Fransa adına viza müraciətlərini qəbul edən Capago şirkəti Fransanın 2022-ci ildə çevrilişin baş verdiyi və hərbi idarənin yerləşdiyi Burkina Faso vətəndaşlarına viza verilməsini dayandırdığını açıqlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678