Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin irad tutdu, Şoyqunun qızı həyat yoldaşından boşandı

37 Baxış

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya həyat yoldaşı məşhur fitnes-bloger Aleksey Stolyarovdan boşanıb.

Turanmedia.az-ın məlumatına görə, TNS “Bild”ə istinadən xəbər verir ki, Kseniya Şoyqu gözlənilmədən ayrıldıqlarını elan edib.

Stolyarov isə bildirib ki, ayrılıq bir neçə ay əvvəl baş verib, lakin cütlük ünsiyyətdə olmağa və ortaq bir qız böyütməyə davam edir.

Məlumata görə, onlar böyük skandaldan sonra boşanıblar. Belə ki, son aylar Stolyarov “qəşəng həyat tərzinə və daimi xaricə səfərlərinə görə” mütəmadi olaraq tənqid edilib.

Bəzi iddialara görə, Rusiya Prezidenti Vladimir Putin qızının evliliyi ilə bağlı Sergey Şoyqu ilə bir neçə dəfə əlaqə saxlayıb və ondan “kürəkənini susdurmağı” istəyib və bundan sonra Kseniya Şoyqu Stolyarovla münasibətini kəsib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678