Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polis avtomobillə 6 yaşlı qızı vurub, hadisə yerindən qaçdı

33 Baxış

Rusiyada polis əməkdaşı uşağı avtomobillə vuraraq hadisə yerindən qaçıb.

Turanmedia.az-ın məlumatına görə, TNS “MK.ru”ya istinadən xəbər verir ki, Rusiyanın Novosibirsk vilayətinin İstintaq Komitəsi 6 yaşlı qızı avtomobillə vuraraq hadisə yerini tərk edən rayon polis əməkdaşına qarşı cinayət işi açıb.

“Avqustun 7-də axşam saatlarında avtomobillə Karasuk şəhəri ərazisində yolu keçən 6 yaşlı qızı avtomobil vurub. Cinayətkar heç bir ilkin tibbi yardım göstərmədən hadisə yerindən qaçıb. Qız rayon mərkəzi xəstəxanasına çatdırılıb”, – polisin açıqlamasında deyilir.

Şübhəli şəxs nəzarətə götürülüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678