Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya, Türkiyə və Qətər yeni saziş hazırlayır – Rəsmi məktublar mediaya sızdı

59 Baxış

Rusiya Federasiyası Türkiyə və Qətərlə birlikdə bir ay əvvəl başa çatan taxıl müqaviləsini əvəz etmək üçün yeni saziş hazırlayır.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr iyulun 21-dən avqustun 8-dək Qətər Xarici İşlər Nazirliyi ilə Rusiya və Türkiyə səfirlikləri arasında olan rəsmi yazışmaları təqdim edib.

Məktublarda deyilir ki, Moskva taxıl müqaviləsindən çıxacağı ilə bağlı Ankaraya əvvəlcədən xəbərdarlıq edib. Bununla bağlı Rusiya Federasiyası, Türkiyə və Qətər köhnəni əvəz edəcək yeni üçtərəfli saziş hazırlamağa başlayıb.

Bildirilir ki, yeni təklif olunan sənədə əsasən, Rusiya taxılının yoxsul ölkələrə, xüsusilə Afrikaya tədarük edilməsi planlaşdırılır. Öz növbəsində Türkiyə bu işdə təşkilatçı, Qətər isə təchizat sponsoru kimi çıxış edəcək.

Almaniya nəşrinin qeyd etdiyi kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan, ehtimal olunan razılaşmaya baxmayaraq, Moskvadan taxıl müqaviləsinə qayıtmağı xahiş edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678