Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəskin istilərlə bağlı “narıncı” xəbərdarlıq elan edilib

33 Baxış

Fransanın əksər departamentlərində istilərlə bağlı “narıncı” xəbərdarlıq elan edilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Meteo France” Milli Meteorologiya Xidməti məlumat yayıb.

Beləliklə, “narıncı” xəbərdarlıq səviyyəsinin elan edildiyi departamentlərin sayı 49-a yüksəlib.

Fransanın cənub rayonlarında havanın temperaturu avqustun 20-də 35-38 dərəcəyə çatacaq. Eyni zamanda, Rona vadisinin aşağı hissəsində 40 dərəcədən artıq isti gözlənilir.

Qeyd olunur ki, yüksək temperatur gələn həftənin ortalarına qədər davam edəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678