Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenski Yunanıstana səfər edib

39 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana səfər edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Prezident Zelenski “Telegram” hesabında paylaşım edib.

Artıq Yunanıstana çatdığını bildirən videomüraciətində Zelenski bildirib ki, o, bu səfəri çərçivəsində Yunanıstan Prezidenti, Baş naziri ilə görüşlər keçirəcək.

Ukrayna dövlət başçısı qeyd edib ki, o, həmçinin Ukrayna-Balkan sammitində iştirak edəcək, Balkan liderləri ilə görüşəcək, Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin ikitərəfli məsələlər üzrə ayrı-ayrı danışıqlar aparacaq.

Volodimir Zelenski Yunanıstanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə də görüşəcəyini də əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678