Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mask Sorosu məhkəməyə verəcək

64 Baxış

Milyarder İlon Mask söz azadlığına əngəl törətdiyi üçün tanınmış maliyyəçi və xeyriyyəçi Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nu məhkəməyə vermək niyyətindədir.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Mask bu barədə sosial şəbəkə hesabında yazıb.

O, jurnalist Ben Skallanın Soros tərəfindən maliyyələşdirilən təşkilatların İrlandiya və Şotlandiyada senzura siyasətini təşviq etdiyinə dair məqaləsinə cavabında bildirib: “Bəli “X” məhkəməyə müraciət edəcək”.

Mask və Soros arasında ədavət uzun müddətdir davam edir. May ayında iş adamı tvitində Sorosun bütün bəşəriyyətə nifrət etdiyini yazıb və onu mutant superqəhrəmanlar haqqında “X-Men” komiks seriyasının antaqonisti Magneto ilə müqayisə edib.

“Soros”un fəaliyyəti həm maliyyə spekulyasiyalarına, həm də qalmaqallı reputasiyasına görə mənfi qiymətləndirilir. O, bir sıra ölkələrdə hakimiyyət dəyişikliyini təşkil etməkdə dəfələrlə ittiham olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678