Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa ölkələri İrandan PUA alır

33 Baxış

Bir sıra Avropa ölkələri İrandan PUA almaq istəyir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Reza Telainik bildirib.

“Hal hazırda pilotsuz təyyarələrimizi almaq istəyənlər çoxdur. Biz hətta Qərb ölkələrindən, xüsusən də Avropa ölkələrindən bir neçə müraciət almışıq. Hələlik bu ölkələr özlərini açıqlamaq istəmirlər”,- o qeyd edib.

Telainikin bəyanatı fonunda Avropa ölkələri və ABŞ dəfələrlə Tehrandan Rusiya tərəfini silahla, xüsusən də Moskvanın Kiyevlə münaqişədə istifadə etdiyi iddia edilən PUA-larla təmin etməyi dayandırmağı tələb ediblər.

İranın Xarici İşlər Nazirliyi isə hər dəfə Ukraynada İran PUA-larının istifadə edilməsi ilə bağlı ittihamları əsassız adlandırıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678