Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya sülhməramlıları yükün Xankəndiyə çatdırılması ilə bağlı vaxt istəyib, ərazidə çadırlar qurulur

36 Baxış

Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postu yaxınlığında çadırlar qurulub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, çadırlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları və ərazidə olan digər şəxslərin gecələməsi üçün nəzərdə tutulur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr davam etdirilir: “Hazırda müzakirələr gedir. Biz bildirdilər ki, məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər. Biz isə humanitar məqsəd və missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına çatdırdıq. Vəziyyətdə hər hansı dəyişiklik olsa, bizə məlumat veriləcəyini söylədilər”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678