Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımasaq… – Paşinyan

39 Baxış

Əgər Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“Dağlıq Qarabağ”dakı vəziyyət həmişə “Dağlıq Qarabağ hakimiyyəti”nin nəzarətində olub. Ən azı 2018-ci ildən bəri belədir. Və bu gün də Dağlıq Qarabağdakı vəziyyətə “Dağlıq Qarabağ”dan seçilmiş nümayəndələr nəzarət edir, orada Rusiya sülhməramlıları da var.

Söhbət tamamilə fərqli bir şeydən gedir. Əgər Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımazsa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir”, – deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasından bəhs edən Paşinyan “Dağlıq Qarabağ hakimiyyəti” sözləri ilə öz-özünü təkzib edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678