Belçika Ukrayna üçün “Sea Sparrow” raketləri alıb

4 Baxış

Belçika Ukraynaya təhvil verəcəyi “Sea Sparrow” raketlərini Almaniyadan alıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “L’Echo” nəşri Belçikanın müdafiə naziri Ludivine Dedonderin ofisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ümumilikdə Belçika 14 raket alıb, onlardan 8-i Ukrayna dövlətinə təhvil veriləcək.

Bundan əlavə, Belçika Nazirlər Kabineti sentyabrın 8-də keçiriləcək iclasda Ukrayna hərbçilərinə çatdırılacaq 150 min avrodan bir qədər çox məbləğdə yeni texniki təchizatla bağlı qərara baxacaq.