Belaruslu miqrantlar Polşa ilə sərhəddə hasarları dağıtmağa cəhd ediblər
7 Baxış

Bir qrup miqrant Polşa-Belarus sərhəddindəki hasarı dağıtmağa cəhd edib.
Turanmedia.az-ın məlumatına görə, TNS Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Polşanın sərhəd xidməti məlumat yayıb.
Bildirilib ki, miqrantlar sərhədçilərə daş, kərpic və ağac budaqları atıblar.
Bundan əvvəl də Polşa hərbçiləri bir qrup qeyri-leqal miqrantın Belarus ərazisindən sərhədi keçməsinin qarşısını alıblar. Ümumilikdə 40 nəfər keçməyə çalışıb.