Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Demokratik” Fransadan növbəti ikiüzlülük

33 Baxış

Dünyaya tez-tez “demokratiya dərsi” verən Fransa ayrı-seçkilik siyasətini həyata keçirməkdən çəkinmir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, demokratik, inanclara və ifadə azadlığına hörmətlə yanaşdığını bəyan edən Fransa hökuməti xüsusilə İslam dünyasına qarşı ayrı-seçkilik siyasəti aparır.

Ötən günlərdə məktəblərdə qızların abaya üslubunda uzun paltar geyinməsinə qadağa qoyulduqdan sonra oğlanlara da əba geyinməyi yasaqlayaraq Fransa hökuməti inanılmaz təcrübəyə imza atıb.

Bu qərarın açıqlanmasından sonra təhsil naziri Qabriel Attal məktəbə abaya və ya xalat geyinən şagirdlərin qəbul ediləcəyini, onlara bu qadağanın nə demək olduğunu və bu paltarların niyə məktəbə buraxılmadığının izah ediləcəyini bildirib.

Qadağalardan sonra etiraz nümayişləri keçirilərkən, Fransa polisi məktəblərin qarşısında “paltar mühafizəsi” keçirməyə başlayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678