Rusiyada Ukraynaya məxsus 3 PUA vurulub
7 Baxış

Rusiyada Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) məhv edilib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əvvəlcə Kaluqa və Moskva vilayətlərində 2 PUA vurulub. Bu səbəbdən Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarına “Xalça” rejimi tətbiq olunub. Bu aeroportlar müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Daha sonra Tver vilayətində Moskva istiqamətinə uçan daha bir PUA vurulub.