Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rus generala sui-qəsd – Evi partladıldı

38 Baxış

Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri, kəşfiyyatçı general-mayor Yuri Afanasyevskiyə sui-qəsd törədilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Yuri Afanasyevski, həyat yoldaşı və 21 yaşlı oğlu evinə göndərilən bağlamadakı mobil telefonun partlaması nəticəsində ağır yaralanıblar.

Rusiya hücumu Ukrayna Təhlükəsizlik Xidmətinin təşkil etdiyini iddia edərkən, hadisə ilə bağlı adı açıqlanmayan bir qadın saxlanılıb.

Qeyd edək ki, Yuri Afanasyevski qondarma Luqansk Xalq Respublikasında “gömrük rəhbəri”dir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678