Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yol çəkmək üçün Böyük Çin Səddinin bir hissəsini sökdülər- İnanılmaz hadisə

37 Baxış

Çində inanılmaz bir hadisə baş verib. Ölkənin Şansi əyalətində iki işçi qısa yol üçün Böyük Çin səddinin bir hissəsini söküblər.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, YUNESKO-nun Ümumdünya İrs siyahısında olan dünyaca məşhur Böyük Çin Səddinə bərpası mümkün olmayan ziyan dəyib.

Hadisəni törədən 38 və 55 yaşlarında iki işçinin saxlanıldığı bildirilib.

Divarın sökülən hissəsinin Min sülaləsi (1368-1644) dövründə inşa olunduğu söylənilir.

Qeyd edək ki, Böyük Çin səddi 1987-ci ildən YUNESKO-nun Ümumdünya İrs siyahısındadır. Onun tikintisi e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi dövründə başlamış, Min sülaləsinə qədər davam etmişdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678