Güneyli jurnalist həbsxanada cinsi istismara məruz qalıb
7 Baxış

Güneyli jurnalist həbsxanada cinsi istismara məruz qalıb.
Turanmedia.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.
Məhbus jurnalist Nazilə Mərufianın “Evin” həbsxanasından audiofaylı yayılıb.
Jurnalistin sözlərinə görə, o, həbsxanada cinsi istismara məruz qalıb və buna görə də aclıq aksiyasına başlayıb.
O, bunu İranda ağır həyat şərtlərində yaşayan qadınlar üçün elan etdiyini bildirib.