Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ay barədə yeni kəşflər bütün fikirləri alt-üst etdi

35 Baxış

Hindistanın Aya enmiş aparatı alimlərin peyk barəsindəki fikrini dəyişib.

Turanmedia.az Lent.az-a istinadən xəbərinə görə, kosmik aparatın peykdəki tədqiqatları alimlərin Ay barəsindəki fikirlərini alt-üst edib.

Belə ki, Ay səthində temperatur gözləntidən çox yüksək olub. Ayın cənub qütbündə 10 sm dərinlikdə temperatur 70 dərəcəyə çatıb. Alimlər isə temperaturun 10-30 dərəcə limitində olduğunu hesab edirdilər.

Qeyd edək ki, avqustun 23-də Hindistanın kosmik aparatı Ayın cənub qütbünə enib. Bununla Hindistan SSRİ, ABŞ və Çindən sonra Aya uçmuş dördüncü dövlət statusunu alıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678