Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baydeni o əvəz edəcək

34 Baxış

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident Co Bayden səlahiyyət müddətini başa vura bilməsə, ölkəni idarə etməyə hazırdır.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Kamala Harris bunu “Associated Press”in müxbiri Kris Megeryanın sualına cavab olaraq deyib.

Jurnalistin belə bir sual verməsinə səbəb, noyabrda 81 yaşı olacaq Baydenin (ABŞ-ın ən yaşlı prezidenti) unutqanlıq və qəribə davranışlarına görə demensiya xəstəliyindən əziyyət çəkdiyi iddiasıdır.

“Hazırdır. Ancaq hipotetik sualınıza cavab verərək yenə də deyəcəyəm ki, Co Baydenlə hər şey yaxşı olacaq. Ona görə də bu ssenari baş tutmayacaq”, – Harris bildirib.

Onun sözlərinə görə, hər bir vitse-prezident and içərkən anlayır ki, müəyyən şəraitdə üzərinə böyük məsuliyyət götürməli olacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678