Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Priqojin və Utkinin abidəsi dağıdıldı

54 Baxış

Sevastopol sakini “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və komandir Dmitri Utkinin həmin şəhərdə qurulan abidəsini dağıdıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Baza Telegram” kanalı məlumat yayıb.

Belə ki, 21 yaşlı rusiyalı şəxs Priqojin və Utkinin portretlərini və Rusiya bayrağını təpiklə vuraraq dağıdıb.

Şahidlərin qışqırmasından sonra vətəndaş hadisə yerindən qaçıb.

Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678