Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Klinton Zelenskidən kömək istədi, Ağ Ev onu cəzalandırdı

32 Baxış

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2021-ci ilin avqustunda Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması zamanı bir qrup qadının respublikadan təxliyəsi üçün Kiyevə müraciət edib. Klintonun bu müraciətinə Ağ Ev sərt reaksiya verib və onu buna görə tənqid edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə amerikalı siyasi şərhçi Franklin Forun ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasının işi haqqında “The Last Politician” kitabında bildirilir.

“Forun sözlərinə görə, Amerika xarici siyasət idarəsinin keçmiş rəhbəri radikal Taliban hərəkatı tərəfindən zorakılığa məruz qala biləcək bir qrup yerli sakinin Əfqanıstanı tərk etməsini təşkil etməyə çalışıb. Klinton Ukrayna Prezidenti Volodimir Zelenskinin köməkçisinə zəng edərək Kiyevə uçmalı olan hərbi təyyarəyə qaçqınların mindirilməsinin mümkün olub-olmadığını soruşub. Bu hərəkətinə görə o, töhmət alıb. Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Klintondan izahat tələb edib. “,- “The Last Politician” kitabı barədə “Hill” qəzetində dərc olunan məqalədə qeyd olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678