Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çadırda fəaliyyət göstərən telekanala bina ayrılıb

85 Baxış

Türkiyənin Adıyaman vilayətində bu ilin fevralında baş vermiş zəlzələ nəticəsində ofisi dağılan “Mercan TV”yə fəaliyyətini davam etdirməsi üçün müvəqqəti bina verilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, AK Partiyanın vilayət təşkilatının sədri Əmrah Erhan Bulucu və rəhbərliyi televiziyanın yeni binasını ziyarət edib.

“Mercan TV”nin rəhbəri İbrahim Aslan bildirib ki, zəlzələ nəticəsində kanalın binası və texniki təchizatı sıradan çıxsa da, onlar indiyədək fasiləsiz işləyiblər. Bu müddətdə TV çadırda fəaliyyət göstərib: “Hazırda köhnə binamızda təmir-bərpa işləri yekunlaşır. Ondan sonra əvvəlki ofisimizə qayıdacağıq”.

Qeyd edək ki, yerli kanal olan “Mercan TV” Azərbaycanla bağlı geniş materiallar da yayınlayır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678