Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya silah istehsalının artırır- Bu, itkiləri əvəz etmir

34 Baxış

Rusiya artilleriya sursatlarının istehsalını artırır və iki il ərzində ildə iki milyona qədər patron istehsal edə biləcək.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Bildirilib ki, bu, Qərbin əvvəlki proqnozundan təxminən iki dəfə çoxdur. Ancaq bu qədər mərmi hələ də Ukraynadakı müharibə üçün kifayət etməyəcək.

Agentliyin mənbəsinə görə, Rusiya ordusu 2022-ci ildə 10-11 milyon mərmi xərcləyib.

Bundan əlavə, mənbə qeyd edib ki, Rusiya müdafiə sənayesi ildə 200 tank istehsalına başlaya bilər. Bu da Qərbin gözləntilərindən iki dəfə çoxdur. Eyni zamanda, belə bir temp Rusiyaya müharibədə zirehli texnika itkilərini əvəz etməyə imkan verməyəcək.

“2000 tank itirdiyiniz zaman başladığınız yerə çatmaq üçün on il vaxt lazımdır. Rusiya isə bu müharibədə 4000 zirehli döyüş maşını, 100-dən çox təyyarə, 270 min hərbi personal itirib”,- mənbə əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678