Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Eyni vaxtda bədəninin 23 yerində əməliyyat etdirdi və həyatından oldu

37 Baxış

Gözəllik və incəlik arzusu ilə eyni vaxtda bədəninin 23 yerində estetik əməliyyat etdirən 47 yaşlı Sankt-Peterburq sakini faciə ilə üzləşib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Anna adlı qadın genişmiqyaslı əməliyyatdan sonra dünyasını dəyişib.

Həkimlər ona “bir anda bütün problemli bölgələrdən qurtulmağı” tövsiyə ediblər. O, kürəyininin, belinin, qarnının yuxarı hissəsinin, qabırğasının – ümumilikdə 23 zonanın liposaksiyasına razılıq verib və eyni zamanda həkimlər onun alnını, qaşlarını qaldıracaqlarını, çənə, süd vəzi və omba liftinqi edəcəklərini vəd ediblər.

Əməliyyatdan iki gün sonra Annanın vəziyyəti pisləşib və o, həyatını itirib.

Polis qadının ölümünü araşdırmağa başlayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678