Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT: “Dünyada aclıq 2005-ci ildən bəri ən yüksək həddə çatıb”

34 Baxış

Dünyada ac insanların sayı 2005-ci ildən bəri ən yüksək həddə çatıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasından 75 il keçir və bəzi sahələrdə – müstəmləkəçiliyə və seqreqasiyaya son qoyulmasından tutmuş qadınların səsvermə hüququnun əldə edilməsinə qədər böyük irəliləyişlər əldə olunub. Amma hələ də 1,2 milyard insan yoxsulluq içində yaşayır və aclıq 2005-ci ildən bəri görünməmiş səviyyədədir”, – deyə o, bəyan edib.
“50-dən çox ölkədə etnik mənsubiyyətə və irqə görə ayrı-seçkilik tam qanuni olaraq qalır. İnsanlar daha yaxşı həyata nail olmaq üçün ölümcül risklərə gedirlər”, – o əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678