Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kolumbiyada 8 azərbaycanlı miqrant xilas edildi

27 Baxış

Kolumbiyanın hərbi dəniz donanması San-Andres adasının sahillərində Nikaraqua, sonra isə ABŞ-a getməyə çalışan, aralarında 8 azərbaycanlının da olduğu 31 miqrantı xilas edib və gəminin iki heyət üzvünü saxlayıb.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Vozdeamerica.com saytı məlumat yayıb.

Qeyd edilir ki, Kolumbiya Sahil Mühafizəsi San Andres adasının cənubunda 13-ü Ekvador, 9-u Venesuela, 8-i Azərbaycan və 1-i Çili olmaqla, 31 nəfərin olduğu, heç bir təhlükəsizlik tədbirinə əməl etməyən gəmini saxlayıb.

Qaydalara uyğun hərəkət etməyən gəmidə altı azyaşlı uşaq da aşkarlanıb. Onlar San Andresdəki əsas Sahil Mühafizəsi xidmətinə aparılıblar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678