Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

NATO-nun 10 ölkəsi müdafiə sistemini genişləndirir

27 Baxış

NATO-nun 10 dövləti alyansın inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini genişləndirir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə alyansın məlumatında bildirilib.

“NATO-nun 10 ölkəsinin müdafiə nazirləri Almaniyanın rəhbərlik etdiyi “Avropa Səma Qalxanı” təşəbbüsünü inkişaf etdirmək üçün anlaşma memorandumu imzalayıblar. Bu təşəbbüs hava hücumundan müdafiə sistemləri və raketlərin birgə alınması yolu ilə Avropanın hava və raket hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır”, – məlumatda vurğulanıb.

Sənədə əsasən Almaniya “Avropa Səma Qalxanı” layihəsində aparıcı rol oynayır. Belçika, Macarıstan, Danimarka, Latviya, Litva, Niderland, Sloveniya, Çexiya və Estoniya da bu layihədə iştirak edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678