Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fələstinlilərə təcili olaraq 74 milyon dollar lazımdır

27 Baxış

Fələstinə təcili yardım göstərmək üçün 74 milyon dollara ehtiyac var.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) məlumatına görə, yerli mağazalardakı ərzaq ehtiyatları bir həftədən az davam edəcək və Qəzza və İordan çayının qərb sahilində 800 min insanın üç aylıq ərzaq ehtiyacı üçün 74 milyon dollar lazım olacaq.

“Böyük çətinliklərə baxmayaraq, ÜƏP təxminən 522 min fələstinliyə ərzaq və pul yardımı göstərib”, – təşkilat qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678