Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Diplomat İsrailə dəstəyə görə istefa verdi

33 Baxış

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Bayden administrasiyasının İsrail-Qəzza müharibəsinə münasibətinə etiraz əlaməti olaraq istefa verib.

Turanmedia.az Yenisabah.az-a istinadən xəbər verir ki, Coş Pol bu barədə LinkedIn-də yazıb:

“Səmimi qəlbdən inanıram ki, İsrailin cavabı və bununla da Amerikanın həm bu cavaba, həm də işğalın status-kvonuna verdiyi dəstək həm israillilər, həm də Fələstin xalqı üçün daha böyük və daha dərin iztirablara səbəb olacaq. Bu, Amerikanın uzunmüddətli maraqlarına uyğun deyil”.

C. Pol əlavə edib: “Bir tərəfi kor-koranə dəstəkləmək uzunmüddətli perspektivdə hər iki tərəfin xalqının maraqlarına dağıdıcı təsir göstərir. Qorxum budur ki, son onilliklərdə etdiyimiz səhvləri təkrarlayırıq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678