Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kokain asılılığına qarşı PEYVƏND

31 Baxış

Braziliyanın Minas Gerais Federal Universitetinin alimləri narkotik aludəçiləri üçün kokain və onun güclü törəməsi olan krekin istifadəsindən sonra xoş hisslərin yaranmasının qarşısını alan dərman hazırlayıblar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, “Calixcoca” dərmanı artıq siçanlar üzərində sınaqdan keçirilib. Peyvənd orqanizmin immun reaksiyasını işə salır, bu da dərmanların insan beyninə təsirini bloklayır və eyforiya, hallüsinasiya, tormozlanmanın (və ya əsəb gərginliyinin) qarşısını alır.

İndi alimlər peyvəndin optimal dozasını müəyyənləşdirirlər. Bundan sonra dərman insanlar üzərində sınaqdan keçirilə bilər. Alimlər üç mindən çox insanla klinik sınaqda könüllü olaraq iştirak etmələri üçün əlaqə saxlayıblar. (oxu.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678