Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrov: “Qarabağla bağlı ortaq bəyanatı şübhə altına alma cəhdləri qəbuledilməzdir”

141 Baxış

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı böhrandan çıxmağın yeganə yoludur, bunu şübhə altına alma cəhdləri qəbuledilməzdir”.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfərinin yekunları ilə bağlı bildirib.

“Bu bəyanatın bir neçə həftə əvvəl çox kəskinləşən vəziyyətin həll olunmasının alternativsiz yolu olduğu hər kəs tərəfindən qəbul edilib. Bəyanatı təkcə ölkə daxilində deyil, xaricdə də şübhə altına almaq cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulanıb. Bu bəyanatın işləməsi üçün hər şeyi etməyə qərarlıyıq”, – deyə o bildirib.

Rusiya Xarici İşlər naziri İrəvanda Rusiya nümayəndə heyətinin danışıqlar zamanı əsas diqqətin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bəyanatının dəqiq və tam həyata keçirilməsi vəzifələrinə ayrıldığını bildirib.

Lavrov əlavə edib ki, İrəvanda Rusiya nümayəndə heyəti ilə görüşlərində Ermənistanın baş naziri və prezidenti Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiqliklərini təsdiqləyiblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678