Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Ermənistanın bu təklifini rədd etdi

28 Baxış

Rusiya Ermənistanın Roma statutu ilə bağlı dövlətlərarası saziş imzalamaq təklifini rədd edib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, Rusiya Dövlət Duması və Federasiya Şurasında Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan yan keçmək üçün dövlətlərarası saziş imzalamaq təklifi rədd olunub.

Federasiya Şurası beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabarov Rusiyanın Ermənistanla saziş imzalamayacağını bildirib. Senator deyib ki, Rusiya ümumiyyətlə Beynəlxalq Cinayət Məhkəməsini tanımır və bu qurumla bağlı hər hansı sənəd imzalamaq fikrində deyil.

“Əgər biz bundan sonra da sülh və mehriban qonşuluq şəraitində yaşamaq, bir-birimizə yardım etmək və qarşılıqlı dəstək olmaq istəyiriksə, erməni həmkarlarımız Roma Statutuna qoşulmaq qərarlarını geri çağırmalıdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Haaqada Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Xatırladaq ki, Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan Rusiyaya sözügedən mövzu ilə bağlı saziş təklif etdiklərini, ancaq cavab almadıqlarını bildirmişdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678