Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistanda istismara məruz qalmış azərbaycanlı qadınlar xilas edilib

27 Baxış

Pakistanın Federal Təhqiqat Agentliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Ravalpindi şəhərində mənzildə bağlı qalmış 4 qadın və 3 uşağı xilas edib.

Turanmedia.az-ın məlumatına görə, TNS yerli mətbuata istinadən xəbər verir ki, qadınlar Azərbaycan əsillidir. Onlar bu ölkəyə iş adı altında gətiriliblər. Qadınların cinsi istismar olunduqları bildirilir.

Məlumata görə, onlar Pakistana müddəti bitmiş viza ilə gəliblər və orada qeyri-qanuni yaşayıblar. Reyd zamanı qadınların pasportları da götürülüb.

İnsan Alverinə Qarşı Mübarizə Departamenti üç insan alverçisinə qarşı cinayət işi başlayıb.

Qeyd edilir ki, hazırda cinayətkarların saxlanılması üçün xüsusi qrup yaradılıb və müxtəlif ərazilərdə əməliyyatlar keçirilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678