Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan sülhdən danışdı: Üç prinsip əsasında…

35 Baxış

Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda keçirilən panel müzakirəsində deyib.

“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.

İkinci prinsip – sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.

Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasına aiddir”, – Paşinyan bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678